“Fələstinin radikal HƏMAS təşkilatının hərbi büdcəsinin 90%-i İran tərəfindən təmin edilir”.

YALAN.info bildirir ki, bu bəyanatla İsrailin Baş naziri Binyamin Netanyahu çıxış edib.

“İran HƏMAS-ı dəstəkləyir. Düşünürəm ki, HƏMAS-ın hərbi büdcəsinin 90%-i İrandan gəlir. Tehran HƏMAS-ın fəaliyyətlərini maliyyələşdirir, təşkil edir və ona rəhbərlik edir”, – Netanyahu ölkənin müdafiə naziri Yoav Qalantın iştirakı ilə keçirilən birgə mətbuat konfransında deyib.

Eyni zamanda Netanyahu vurğulayıb ki, İranın oktyabrın 7-də HƏMAS tərəfdarlarının İsrail ərazisinə hücumunun planlaşdırılmasında bilavasitə əli ola biləcəyi ilə bağlı heç bir məlumatı yoxdur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın