“Meta” korporasiyasının rəhbəri Mark Zukerberq (Mark Zuckerberg) sosial şəbəkələrin zərərli təsirlərindən əziyyət çəkən uşaqların ailələrindən üzr istəməyə məcbur olub.

YALAN.info bildirir ki, uşaq təhlükəsizliyi dinləmələrinin canlı yayımı ABŞ Senatının komitəsinin rəsmi saytında aparılıb.

“Bu gün qurbanların ailələri buraya toplaşıblar. Qurbanlardan üzr istəmisiniz? Bunu indi etmək istərdinizmi? Onlar buradadırlar, milli televiziya bunu yayımlayır. Qurbanlardan üzr istəmək istərdinizmi?”, – deyə Senator Coş Houli Zukerberqdən soruşub.

Bu sözlərdən sonra Zukerberq üzünü valideynlərə tərəf çevirərək üzr istəyib. Yayım zamanı ailələrin çoxunun əllərində uşaqlarının şəkilləri olub. “Hamınızın başınıza gələnlərə görə məyusam. Heç kim sizin ailələrinizin başına gələnləri yaşamalı deyil”, – deyə Zukerberq bildirib.

Korporasiya rəhbəri qeyd edib ki, uşaqlara mümkün zərərin azaldılması üçün lazım olan hər şey ediləcək. Houli “Meta”nın qurbanlara təzminat ödəyib-ödəməyəcəyinə də aydınlıq gətirib. Ancaq Zukerberq bu suala cavab olaraq, onun işinin yaxşı alətlər hazırlamaq olduğunu bildirib.

Tech CEO’s child safety hearing highlights: “You have blood on your hands.”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın