Məşhur dil öyrənmə platforması “Duolingo” minlərlə tərcüməçinin ixtisar edilməsinə səbəb olub. Belə ki, “yaşıl bayquş” tərcümə tapşırıqlarını yerinə yetirmək üçün süni intellektə etibar etmək qərarına gəlib.

YALAN.info bildirir ki, bununla bağlı şirkətin ixtisara düşən işçilərininin sosial şəbəkə paylaşımlarından aydın olub.

Bir istifadəçi hətta şirkət tərəfindən onlara göndərilən ixtisarın təfərrüatını açıqlayan elektron məktubun ekran görüntüsünü paylaşıb. Məktubdan aydın olub ki, əsas komanda üzvlərinin dördündən ikisi qalacaq, onlar da süni intellektin tərcümələrinin düzgünlüyünə nəzarət edəcəklər.

Qeyd edək ki, dünyanın hər yerində insanlara xarici dilləri öyrədən, həmçinin tərcümələr həyata keçirən “Duolingo” beynəlxalq şirkəti 2011-ci ildə yaradılıb. Hər şeydə qabaqcıl olan şirkət süni intellekti ilk tətbiq edənlərdən biri idi. Öncə bundan sadəcə istehsal planlarını, tələbələr üçün tapşırıqları, ümumiyyətlə, kiçik işləri tərtib etmək üçün istifadə olunurdu. Ancaq belə görünür ki, şirkət sonradan maliyyəyə də qənaət etmək qərarına gəlib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın