İlon Maskın (Elon Musk) neyrotexnologiya şirkəti “Neuralink” ilk dəfə olaraq insan beyninə çip yerləşdirib.

YALAN.info bildirir ki, bununla bağlı Mask özünün “X” hesabında (keçmiş “Twitter”) paylaşım edib.

“İlk şəxsə dünən “Neuralink”in çipi qoyuldu. Proses yaxşı gedir”, – deyə İ.Mask vurğulayıb. Sahibkar əlavə edib ki, “Neuralink”in ilk məhsulu “Telepatiya” adlanır. O, insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək.

“İlk istifadəçilər ətraflarına nəzarəti itirmiş insanlar olacaqlar. Təsəvvür edin ki, Stiven Hokinq sürətli makinaçıdan və ya auksionçudan daha tez özünü ifadə edə bilir. Məqsəd budur”, – deyə o sözlərinə əlavə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın