“Bitkoin”in qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.

YALAN.info bildirir ki, bunu martın 5-də “Binance” birjasının məlumatları doğrulayıb.

Bugün kriptovalyutanın məzənnəsi 2 dəfə 69 min ABŞ dolları (təqribən 110 min 500 manat) həddinə yaxınlaşıb və hatta 69170 dollara satışı qeydə alınıb. Bununla da “Bitkoin” 2021-ci ilin noyabrında əldə edilən tarixi maksimumu (68,9 min dollar) yeniləyib. Daha sonra “Bitkoin”in məzənnəsi geriləyərək yenidən 63,5 min həddinə düşüb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın