Amerikalı milyarder, iş adamı və “X” sosial şəbəkəsinin sahibi İlon Mask (Elon Musk) 2024-cü il Nobel Sülh Mükafatına namizədlərdən biri olub.

YALAN.info bildirir ki, bununla bağlı Nobel Komitəsinin məlumatlarına istinadən məlumat yayılıb.

Bu təklif Maskın bəşəriyyətin rifahına yönəlmiş texnologiyaların inkişafına verdiyi töhfəni vurğulayan norveçli deputat Marius Nilsen tərəfindən irəli sürülüb. “Maskın təsis etdiyi, sahib olduğu və ya başçılıq etdiyi bir çox texnoloji şirkətlərin məqsədi cəmiyyəti təkmilləşdirmək, həm Yer, həm də kosmos haqqında bilikləri artırmaq, eyni zamanda bütün dünyada kommunikasiya və əlaqəni təmin etməkdir”, – Nilsen bildirib.

Qeyd olunur ki, milyarder dünyada dialoqu qətiyyətlə müdafiə etdiyinə, söz azadlığına və öz fikrini ifadə etmək bacarığına görə bu mükafata namizəd olub.

İlon Maskın nüfuzlu mükafat uğrunda mübarizədə rəqibləri arasında Kolumbiya Prezidenti Qustavo Petro, “WikiLeaks”in yaradıcısı Culian Assanj, həmçinin İsrail və Fələstindən olan insan haqları təşkilatlarının nümayəndələri var.

Onu da bildirək ki, 2024-cü il mükafatının qalibi oktyabrın 11-də elan olunacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın