Rusiya Prezidenti Vladimir Putin ölkənin hərbi-texniki baxımdan nüvə müharibəsinə hazır olduğunu bəyan edib.

YALAN.info bildirir ki, bununla bağlı Putin martın 13-də jurnalist Dmitri Kiselyova müsahibəsində deyib.

“Söhbət Rusiya dövlətinin mövcudluğundan, suverenliyimizə və müstəqilliyimizə xələl gətirməkdən gedirsə, biz (nüvə) silahdan istifadə etməyə hazırıq”, – deyə Putin vurğulayıb.

“Finlandiya NATO-ya daxil olduqdan sonra onun sərhədləri yaxınlığında Rusiya qoşunları və məhvetmə sistemləri peyda olacaq. Bizim orada qoşunlarımız belə yox idi. biz bütün qoşunları oradan, Rusiya-Finlandiya sərhədindən çıxarmışdıq. Niyə bunu etdilər?.. Bu, öz milli maraqlarını təmin etmək baxımından tamamilə anlamsız addımdır. Bununla belə, qərar vermək onların ixtiyarındadır. Onlar belə qərar verdilər. Ancaq bizim orada qoşunumuz yox idi, artıq olacaq. Orada heç bir dağıdıcı sistem yox idi, ancaq indi görünəcək”, – deyə o, Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması ilə bağlı sualı cavablandırıb.

Putinin sözlərinə görə, Rusiya ilə Finlandiya arasında əvvəllər ideal münasibətlər olub. O, həmçinin bəyan edib ki, Finlandiya Rusiya ilə yaxınlaşmaqdan imtina etməklə və NATO-ya qoşulmaq qərarı ilə öz təhlükəsizliyi baxımından durumu heç də yaxşılaşdırmayıb. Putin qeyd edib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması mənasız addım idi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın