Ağdamın “Qarabağ” Futbol Klubu Misli Premyer Liqasında 11-ci dəfə Azərbaycan Çempionluğunu rəsmiləşdirib.

YALAN.info bildirir ki, Qurban Qurbanovun yetirmələri buna çempionatın sonuna səkkiz tur qalmış, dördüncü – sonuncu dövrənin ilk turunda “Kəpəz”i darmadağın etməklə nail olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda, “köhlən atlar” Julio Romao (21-ci dəqiqə), Olavio Juninyo (52, 56), Abbas Hüseynov (64), Elvin Cəfərquliyev (69) və Redon Cicanın (88) vurduğu qollar sayəsində 6-1 qalib gəlib. “Kəpəz”in təsəlli qolunun müəllifi 90-cı dəqiqədə Latir Fal olub.

Qurban Qurbanovun komandası “Kəpəz” üzərində böyükhesablı (6:1) qələbə qazanaraq xallarının sayını 69-a yüksəldib. Bununla da Ağdam təmsilçisi 2023/2024 mövsümünün sonuna 8 tur qalmış 26 xallıq fərqlə rəqibləri üçün əlçatmaz olub. Bu həm də Qurban Qurbanovun “Qarabağ”da baş məşqçi kimi 10-cu çempionluğudur.

Misli Premyer Liqası 2023/2024 XXVIII tur “Kəpəz” 1-6 “Qarabağ”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın