Fransız sahibkar Fransuaza Bettancur Meyers (Francoise Bettencourt Meyers) dünyanın 100 milyard dollardan çox sərvəti olan ilk qadını olub.

O, “Lancome”, “Yves Saint Laurent”, “Biotherm”, “Garnier” və başqa onlarla məşhur brendin daxil olduğu “L’Oréal” imperiyasının varisidir.

Məlumata görə, dekabrın 28-də onun sərvəti 100,2 milyard dollara yüksəlib. Bu əlamətdar hadisə babasının qurduğu “L’Oréal” şirkətinin səhmlərinin rekord həddə bahalaşması sayəsində mümkün olub.

Buna baxmayaraq, Fransuaza Bettancur Meyers dünyanın ən zəngin insanları arasında 12-ci yerdədir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın