“Qarabağ” Futbol Klubu UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb.

YALAN.info bildirir ki, Azərbaycan çempionu Almaniyada “Bayer 04”ün qonağı olub. “BayArena” stadionunda oynanılan görüş Leverkuzen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə sona çatıb.

Ağdam təmsilçisinin heyətində hesabı 58-ci dəqiqədə Abdullah Zubir açıb. O, Leandro Andradedin ötürməsini qola çevirib. Bundan sonra, “Köhlən atlar” 62-ci dəqiqədə meydanda azlıqda qalıblar. Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Azlıqda qalmasına baxmayaraq, 67-ci dəqiqədə Olavio Juninyo rəqibi növbəti dəfə cəzalandırıb. Bu dəfə məhsuldar ötürməni Veşoviç edib. Meydan sahiblərindən Ceremi Frimponq 72-ci dəqiqədə fərqi minimuma endirib. Oyunda son nöqtəni isə 90+3 və 90+7-ci dəqiqələrdə dubla imza atan Patrik Şik qoyub.

Səfərdəki ilk qarşılaşmada Ağdam klubu ilə 2:2 hesablı heç-heçə edən “Bayer 04” iki görüşün nəticəsinə görə 1/4 finala vəsiqə qazanıb. Qurban Qurbanovun yetirmələri isə Avropa Liqasında mübarizəni dayandırıb.

Bayer Leverkuzen 3:2 Qarabağ | UEFA Avropa Liqası, 1/8 final, cavab oyunu | TAM OYUN

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın