Fransa hakimiyyəti koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq üçün Yeni il ərəfəsində atəşfəşanlıq və konsertləri ləğv etmək qərarına gəlib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Fransa Respublikası Müdafiə Şurasının toplantısından sonra baş nazir Jan Kasteks (Jean Castex) bildirib.

Toplantıda ölkədəki sanitar-epidemioloji durum müzakirə edilib.

Qeyd edək ki, Fransa indi COVID-19-un beşinci dalğasını yaşayır. Ötən gün ölkədə 63,5 minə yaxın yoluxma halı müəyyən edilib. Səlahiyyətli şəxslər yeni “Omikron” ştamının sürətlə yayılmasından rahatsızdırlar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın