UEFA Avropa Liqasının “X” hesabı 1/8 final mərhələsində keçirilmiş “Qarabağ” – “Bayer 04” (Almaniya) oyunu ilə bağlı paylaşım edib.

YALAN.info bildirir ki, Avropa futbol qurumu “köhlən atlar”ın hücumçusu Olavio Juninyonu fərqləndirib.

Paylaşımda “Juninyo “Bayer 04″ ilə oyunda şou göstərdi” yazılıb və braziliyalı forvardın həmin qarşılaşmdakı məhsuldar ötürməsi və qolu paylaşılıb.

Yada salaq ki, Bakıdakı görüşün ilk yarısında “Qarabağ” 2-0 önə keçsə də, oyun heç-heçə (2:2) başa çatıb. Leverkuzendəki cavab qarşılaşması martın 14-də başlayacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın