Pentaqon (Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi) dünyada bütün nüvə silahlarının tamamilə məhv edilməsinin tərəfdarı olduğunu bildirib. Ancaq eyni zamanda buna mane olan amillərin olduğunu da etiraf edib.

YALAN.info bildirir ki, bunu Birləşmiş Millətlər Təşkilatında (BMT) çıxışı zamanı ABŞ Müdafiə nazirinin müavini Kolin Hal deyib.

Onun sözlərinə görə, təhlükəsizliklə bağlı durum nüvə silahının yayılmaması müqaviləsinin reallaşdırılmasına mane olur. “Təhlükəsizliklə bağlı olan çətinliklərə baxmayaraq, ABŞ nüvə risklərini azaltmaq üçün nüvə silahı olan başqa dövlətlərlə əlaqə saxlamağa davam edəcək”, – deyə o bildirib.

Kolin Hal qeyd edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və Moskvadan gələn nüvə təhdidləri nüvə tərk-silahına mane olur. O bildirib ki, nüvə silahının yayılmaması məsələsinə Çin tərəfindən nüvə silahlarının modernləşdirilməsi və genişləndirilməsi, İranın nüvə silahı hazırlaması və Şimali Koreyanın yeni nüvə sınağı da mane olur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın