Emy Lia (Emiliya Yaqubova) Eurovision Song Contest 2024 (ESC2024) üçün musiqiçi Etibar Əsədli ilə birgə hazırladığı mahnını təqdim edib.

YALAN.info bildirir ki, “Səs Azərbaycan”ın ilk sezonunun qalibi Emy Lia ESC2024 seçimləri üçün təqdim etdiyi iki mahnıdan birini – “Change Everything” (“Hər şeyi dəyiş”) kliplə birgə yayımlayıb.

Mahnının bəstəsi və musiqi prodüserliyini Etibar Əsədli, sözlərini isə Birləşmiş Krallıqdan olan Nataşa Braun üstələnib. Ekran işinin rejissorluğu isə Elvin Cabbarova həvalə edilib. Emy Lia mahnı haqqında danışarkən sözlərinin dərinliyini çox bəyəndiyini deyib:

“Mahnıya ilk dinləmədən vurulmuşdum. Dostum Etibar bu əsəri yaratdı və dinlədiyim an tüklərim biz-biz oldu. İfaçı üçün də ən önəmli şey məhz mahnını hiss etməsi, ona emosional bağlanmasıdır. Dinləyicilərin bu kompozisiyanın içindən özlərinə aid olanı götürüb, zəncirlərini qırıb, istədikləri kimi yaşamasını diləyirəm”.

Qeyd edək ki, ifaçı Eurovison 2024 Azərbaycan seçimlərinə iki mahnı ilə müraciət edib və 214 nəğmə arasından onun başqa bir mahnısı sona qədər yüksələn altı mahnıdan biri olub.

Emy Lia ft. Etibar Asadli — Change Everything (Rəsmi Musiqi Videosu)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın