Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Roma Papası Fransiskin ağ bayraq qaldırmaq təklifini şərh edərkən bildirib ki, Kiyev bu addımı atmayacaq.

YALAN.info bildirir ki, Ukraynalı nazir bunu özünün “X” hesabında yazıb.

“Bayrağımızın rəngi mavi və sarıdan ibarətdir. Onun altında yaşayır, ölür və qalib gəlirik. Biz başqa bayraqları qaldırmayacağıq”, – deyə Kuleba vurğulayıb. Ukraynanın baş diplomatı sülh üçün etdiyi dualara görə Papaya minnətdarlığını bildirib və onu Ukrayna xalqını dəstəkləməyə çağırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın