“İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyat uzun müddət çəkəcək və böyük səbir tələb edəcək”.

YALAN.info bildirir ki, bunu ölkənin müdafiə naziri Yoav Qalant bildirib.

“Bu müharibə qısa olmayacaq. Uzun müharibə olacaq. Bizə səbir lazımdır, böyük emosional dözümlülük lazımdır. Hər bir insana, cəmiyyətə, rəhbərliyə və hamıdan da çox təhlükəsizlik qüvvələrinə mətinlik lazımdır”, – o, Baş nazir Benyamin Netanyahu ilə xalqa birgə müraciəti zamanı deyib.

İsrailin Baş naziri Benyamin Netanyahu isə bildirib ki, İsrail hərbçiləri HƏMAS-ı məhv etmək və 7 oktyabrda İsrailə hücum zamanı əsir götürərək saxladığı girovları azad etmək məqsədi ilə Qəzza zolağına daxil olub.

“İsrail vətəndaşları, dünən gecə quru qoşunlarımız Qəzzanın qapılarından keçərək şər yuvasına daxil oldular. Bu, aydın şəkildə müəyyən edilmiş məqsədləri olan bir müharibədir: HƏMAS-ın gücünü məhv etmək və girovları qaytarmaq”, – deyə Baş nazir vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın