“İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyat yaxın iki ay ərzində başa çata bilər”.

YALAN.info bildirir ki, bununla bağlı İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib.

“Biz terrorçu HƏMAS-ın döyüş batalyonlarının dörddə üçünü məhv etdik. Döyüşlərdə isə sona yaxınlaşırıq və bu, iki aydan çox çəkməyəcək. Bəlkə altı həftə, bəlkə də dörd”, – baş nazir “Politico”ya müsahibəsində deyib.

Netanyahu qeyd edib ki, bəzi ərəb ölkələrinin liderləri Qəzza zolağında əməliyyatın davam etdirilməsinə səssiz razılıq verirlər. Siyasətçi əlavə edib ki, Fələstinin radikal HƏMAS hərəkatı bütün israilli girovları azad etməsə, İsrail ordusunun Ramazan ayında Qəzzada atəşi dayandırmaq planı yoxdur. Onun sözlərinə görə, əsir və girovların azad edilməsi ilə bağlı aparılan danışıqlar effektiv nəticə vermir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın