Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp hesab edir ki, NATO (Şimali Atlantika Alyansı) üzvü olan ölkələr alyansa haqlarını ödəməsələr, o zaman ABŞ onları qorumayacaq.“Mən dedim ki, NATO öz hesablarını ödəməlidir, onlar ödəməsələr, biz sizi qorumayacağıq”, – deyə Tramp ABŞ Prezidenti Co Baydenin çıxışını şərh edərkən bildirib.

Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib ki, eks-prezidentin ABŞ-ni NATO-dan çıxarmaqla hədələməsi realdır, bu addım ölkə və bütün dünya üçün son dərəcə mənfi nəticələrə səbəb olacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın