“HƏMAS mülki əhalidən canlı qalxan kimi yararlanır və ayrı-seçkilik etmədən İsrailə raket atmağa davam edir”.

YALAN.info bildirir ki, “Report”un ABŞ bürosunun xəbərinə görə, bunu BMT-nin Nyu-Yorkdakı baş qərargahında təşkilatın baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında deyib.

A.Quttereş HƏMAS yaraqlılarına səslənərək, Qəzzada saxlanılan girovların dərhal, heç bir şərtsiz və təhlükəsiz azad olunmasını tələb edib: “Oktyabrın 7-də HƏMAS-ın törətdiyi iyrənc terror aktlarını bir daha pisləyirəm. Mülki əhalinin qəsdən işgəncələrə məruz qalmasına, öldürülməsinə, yaralanmasına və oğurlanmasına heç nə haqq qazandıra bilməz. Mülki əhalinin müdafiəsi hər şeydən üstün olmalıdır. Beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmaqda davam edir və bu məni çox narahat edir. Hər kəs bilməlidir ki, heç bir silahlı münaqişə beynəlxalq humanitar hüquqdan üstün deyil”.

Baş katib bildirib ki, Yaxın Şərqdə davam edən münaqişə nəticəsində dörd həftədə azı otuz il ərzində baş verən başqa münaqişələrlə müqayisədə daha çox jurnalist öldürülüb: “Qəzzada davam edən münaqişə nəticəsində 36 jurnalist və media işçisinin öldüyü təsdiqlənib. BMT-nin Qəzza zolağında ən böyük humanitar təşkilatı olan Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 88-dən çox əməkdaşının həlak olub. Bu qəddar, dəhşətli, əzablı dağıntıdan çıxış yolu tapmaq üçün indi hərəkətə keçməliyik. Tərəflər müharibənin həll yolunu sülhdə tapmalı və münaqişə sona çatmalıdır”.

Yada salaq ki, oktyabrın 7-də Qəzzada yerləşən HƏMAS radikal qruplaşması İsrailə hücum edib. Son məlumata görə, 1,4 min nəfərdən çox insan hücumun qurbanı olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb. Hərbi əməliyyatlar zamanı anklavda 10 mindən çox insan həlak olub. İsrail ordusunun məlumatına görə, indi 240-dan çox insan HƏMAS-ın əsirliyindədir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın