Bu gündən Azərbaycanda vergilərin az ödənilməsinə və başqa vergi hüquqpozmalarına görə maliyyə sanksiyası artırılıb.

YALAN.info bildirir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliklərə uyğun olaraq, sanksiyanın məbləği sözügedən hallar təqvim ili ərzində ilk dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 10 %-i qədər, ikinci dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 20 %-i qədər, üçüncü və daha çox dəfə baş verdikdə isə əmtəəsiz əməliyyatların dəyərinin 40 %-i qədər olacaq. Yada salaq ki, bundan öncə maliyyə sanksiyası əmtəəsiz əməliyyatların dəyərinin 6 %-i qədər idi.

Onu da bildirək ki, bu gündən Azərbaycanda vergi orqanının şikayətə baxması müddəti də 30 gün artırılıb.

Dəyişikliklərə uyğun olaraq, vergi ödəyicisinin və yaxud başqa borclu şəxsin vergi orqanının qərarlarından, vergi orqanının vəzifəli şəxsinin hərəkətlərindən şikayətlərinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 iş günü müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir. Ancaq şikayət üzrə əhəmiyyət daşıyan halların müəyyən edilməsi üçün 30 iş günündən artıq müddət tələb olunduğu hallarda şikayətə baxılması müddəti vergi orqanı tərəfindən bir dəfə 30 iş günü müddətinə uzadılacaq. Müddətin uzadılması barədə şikayət vermiş şəxsə üç iş günü ərzində məlumat verilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın