“Tərtər işi” üzrə məhkum edilərək sonradan bəraət alan hərbçilərdən daha birinə təzminat ödəniləcək.

YALAN.info bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu dəfə bəraət almış əsgər Turan Marif oğlu İbrahimlinin iddiasına baxılıb.

Nəsimi Rayon Məhkəməsi T.İbrahimliyə həbsdə keçirdiyi 5 ilin mənəvi ziyanına görə 99 min manat təzminat ödənilməsinə qərar verib. İş üzrə cavabdeh Maliyyə Nazirliyidir. Vəsait nazirlikdən tutularaq iddiaçıya ödənilməlidir.

Yada salaq ki, 2021-ci ildə “Tərtər işi”nin istintaqı yenilənib. Bundan sonra Baş prokurorun təqdimatı ilə dövlətə xəyanət və başqa ittihamlarla məhkum edilən 19 nəfərin işi yenidən araşdırılıb. Yeni məhkəmə baxışı nəticəsində bir neçə hərbçiyə bəraət verilib. Bəraət alanlardan biri 9 il azadlıqdan məhrum edilmiş Turan İbrahimli olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın