Martın 8-də Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə rəsmi səfəri çərçivəsində İstanbula gəlib.

YALAN.info bildirir ki, Zelenski Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Türkiyə Prezidenti Administrasiyasından görüşlə bağlı verilən açıqlamaya görə, tərəflər arasında Ukraynada davam edən müharibənin gedişi, Taxıl Dəhlizi anlaşmasının davam etdirilməsi ilə bağlı son durum, bölgədə daimi sülh axtarışları ətraflı müzakirə olunub. Həmçinin prezidentlər Türkiyə və Ukrayna münasibətləri ilə bağlı da fikir mübadiləsi aparıblar.

Спілкування зі ЗМІ Володимира Зеленського та Реджепа Таїпа Ердогана

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın