ABŞ Milli Qvardiyasının helikopteri Texasda qəzaya uğrayıb.

YALAN.info bildirir ki, bununla bağlı ABŞ Müdafiə Nazirliyinin rəsmisi məlumat verib.

“Lakota UH-72” helikopteri ABŞ-Meksika sərhədi yaxınlığında, Texas ştatının La-Qrulla şəhərində qəza edib. Məlumata görə, hadisə nəticəsində üç nəfər – iki əsgər və sərhəd xidmətinin bir əməkdaşı ölüb, bir əsgər yaralanıb. İndi hadisə yerində işlər davam edir.

“Lakota UH-72” helikopteri EADS Avropa aerokosmik konserni tərəfindən istehsal edilən yüngül çoxfunksiyalı helikopterdir və ilk uçuşunu 2006-cı ildə həyata keçirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın