Azərbaycan Prezidenti İlham Əliyev şair Baba Vəziroğlunun “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

YALAN.info bildirir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şərəf” ordeni ilə təltif edilsin”.

Onu da bildirək ki, yanvarın 10-da nasir, şair, tərcüməçi, kinodramaturq Baba Vəzir oğlu Məsimovun 70 yaşı tamam olub. Əməkdar incəsənət xadimi Baba Vəziroğlu 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın