Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Qarabağ” Futbol Klubu ilə Almaniyanın “Bayer” komandası arasında ilk görüş baş tutub.

YALAN.info bildirir ki, UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “Bayer” qarşılaşması heç-heçə başa çatıb.

UEFA Avropa Liqası 1/8 finalının ilk oyunu: “Qarabağ” – “Bayer”

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 26-cı dəqiqədə Yassin Benzianın qolu ilə hesabı açıb. O, Olavio Juninyonun sürətli keçidindən sonra ötürdüyü topu qarşısıalınmaz zərbə ilə qonaqların qapısından keçirib. 45+2-ci dəqiqədə isə Olavio Juninyo özü fərqlənib. Bütün oyunu inanılmaz sürətli keçidləri ilə keçirən sambaçı qapıcını da keçərək boş qapını nişan alıb: 2-0.

Ancaq 2-ci hissənin sonlarında Xavi Alonso əvəzetmələrlə oyunda dönüş yarada bilib. Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə “Qarabağ” futbolşularının bəlkə də oyunda yeganə səhvindən yararlanaraq fərqi azaldıb. 90+2-ci dəqiqədə isə Patrik Şik baş zərbəsi ilə Almaniya klubunu məğlubiyyətdən xilas edib.

“Qarabağ”: 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 27.Toral Bayramov,  29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 66. Patrik Andrade. 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio.

Ehtiyat oyunçular: L.Quqeşaşvili, A.Ramazanov, M.Medvedev, M.Silva, K.Medina H.Keyta, R.Cica, A.İsayev, A.Hüseynov,  N.Axundzadə. 

Baş məşqçi: Qurban Qurbanov

“Bayer”: Matey Kovar, Alexandro Qrimaldo, Edmond Tapsoba, Conatan Tah, Odilon Kassunu, Amin Adli,Robert Andrix, Ezekyel Palasios, Natan Tella, Borxa İqlesias, Adam Hlojek.

Baş məşqçi: Xabi Alonso

Baş hakim: Benua Bastyen (Fransa).

Qarabağ 2:2 Bayer Leverkuzen | UEFA Avropa Liqası, 1/8 final | TAM OYUN

Onu da bildirək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək. Qarşılaşma yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) baş tutacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın