Eurovision Song Contest (ESC) 2016-da Azərbaycanı Miracle (Möcüzə) mahnısı ilə təmsil edəcək gənc müğənni – Səmra Rəhimlinin son məşqini keçirilib. Sonuncu olacaq ikinci məşqdə çıxışın son elementləri işlənib. Səmranın ilk məşqi isə 4 gün qabaq olmuşdu.


Səmra Rəhimli – Miracle (Azərbaycan ESC-2016) son məşqi

S.Rəhimli səhnədə 4 rəqqas və bek-vokalçı ilə çıxış edəcək. Onun çıxışının səhnə tərtibatının rejissoru Roin Soderlundun sözlərinə görə, müğənninin ifa-çıxışı “Alisa möcüzələr ölkəsində” mövzusunda, amma daha müasir formada olacaq.

Qeyd edək ki, “Həmrəy olaq” şüarı altında İsveçdə keçiriləcək 61-ci Eurovision mahnı müsabiqəsində ölkəmiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Səmra Rəhimli Möcüzə (Miracle) adlı mahnısını yarışmanın ilk günündə 14-cü sırada oxuyacaq.


Samra Rahimli (Azerbaijan ESC-2016) Press Conference


Səmra: “Biz sizin üçün səhnədə möcüzə yaratmaq istəyirik”

Müğənninin Eurovision üçün rəsmi veb-saytı yaradılmışdır: www.samraeurovision.com

Eurovision mahnı yarışmasının rəsmi kanalı Eurovision.TV Səmranı yaxından tanımaq istəyənlər üçün video müsahibə alıb. Gənc müğənni Bakıdakı ən sevimli məkanı adlandırdığı İçərişəhərdə ona ünvandırılan sualları cavablandırır.


Səmra Rəhimli ilə video-müsahibə

Müsahibədən aydın olur ki, Səmra kofedənsə çaya üstünlük verir. Onun ən çox sevdiyi şəhər Nyu-Yorkur, “Sex and the city” filmini bəyənir. Parisi, ağ rəngi, itləri, şokoladlı dondurmanı sevdiyini bildirir.

Səmra da 2010-ci ildə Eurovisionda Azərbaycanı təmsil edən Safura Əlizadə kimi Beyonsun (Beyoncé) fanatıdır.

ESC 2016 Azərbaycan təmsilcisi Eurovision.TV ücün müsahibə verdi
ESC 2016 Azərbaycan təmsilçisi Eurovision.TV üçün müsahibə verdi
ESC 2016 Azərbaycan təmsilcisi Eurovision.TV ücün müsahibə verdi
ESC 2016 Azərbaycan təmsilcisi Eurovision.TV ücün müsahibə verdi ESC-2016 Azərbaycan təmsilcisi Eurovision.TV ücün müsahibə verdi

 

Öncəki xəbərDünya ermənilərinin beyninə yeridilmiş yalanlar
Sonrakı xəbərƏhməd Davudoğluna yol göstərdilər: Bəyənməyən getsin
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın