Özbəkistanın paytaxtı Daşkənddə Türk Dünyası Kino Rejissorları Birliyinin (TürkFilm) yaradılması ilə bağlı niyyət bəyannaməsi imzalanıb.

YALAN.info bildirir ki, sənəd Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TürkSoy) təşkilatçılığı ilə keçirilən toplantıda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və TürkSoy rəsmilərinin iştirakı ilə imzalanıb.

Qeyd edilib ki, birliyin yaradılmasında başlıca məqsəd Türk kino sənayesinin maraqlı tərəflərinin ehtiyac duya biləcəyi mövzulara dəstək vermək, Türk dünyasının zəngin mədəni irsini əks etdirən əsərlərin istehsalını təşviq etmək, Türk xalqlarının birlik və qardaşlığını gücləndirmək, kino sahəsindəki bilik və təcrübələrin qarşılıqlı ötürülməsi, bu şəkildə ictimai, mədəni və iqtisadi inkişafı təmin etməkdir.

Onu da bildirək ki, toplantıda ölkəmizi Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsinin icraçısı Orxan Fikrətoğlu təmsil edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın