Bu il İsveçin paytaxtıda baş tutacaq Eurovision Song Contest (ESC) mahnı müsabiqəsində ölkələrin çıxış sıralaması təqdim edilib.

Bununla bağlı müsabiqənin rəsmi internet saytı Eurovision.tv-də məlumat yazılıb. Beləliklə, yarışmanın ilk günü – mayın 10-da səhnəyə ilk olaraq Finlandiya təmsilçisi çıxacaq. Mayın 12-də baş tutacaq ikinci yarımfinalda səhnədə sonuncu mahnını Belçika təmsilçisi oxuyacaq.

Azərbaycan təmsilçisi Səmra Rəhimli isə birinci yarımfinal günü 14-cü sırada səhnəyə çıxacaq. O, Miracle mahnısını oxuyacaq.


Səmra Rəhimli – Miracle (Azərbaycan ESC 2016)

Finala birbaşa vəsiqə qazanan ölkələr isə Fransa, İtaliya, Almaniya, İspaniya, İsveç və Böyük Britaniyadır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın