Almaniyalı supermodel Haydi Klum (Heidi Klum) “Qızıl Qlobus 2024” mükafatlarının təqdimetmə mərasimində ən cəlbedici qonaqlardan biri olub.

YALAN.info bildirir ki, 50 yaşlı model mərasimdən kadrları özünün sosial şəbəkə hesabında paylaşıb.

O, bu mərasim üçün parıltılı korsetli və şleyfli, önü yarıqlı qırmızı paltar seçib. Klum vurğulayıb ki, geyim təsisçisi azərbaycanlı modelyer Günel Babayevanın “Sophie Couture” brenddindəndir. 

Onu da bildirək ki, Klum tədbirə əri, Almaniyanın tanınmış musiqiçisi Tom Kaulitslə qatılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın