Azərbaycanın “Eurovision” təmsilçisinin adı açıqlandı. İTV-dən verilən məlumata görə, martın 10-da Azərbaycanı bu ilki “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib.

Toplantıda ölkəmizi “Eurovision 2016” mahnı müsabiqəsində bu il təmsil edəcək iştirakçının adı müəyyənləşdirilib. Bu Səmra Rəhimlidir. O, mahnı müsabiqəsində “Miracle” mahnısını ifa edəcək.

Onun bu müsabiqədə iştirak edəcəyi barədə məlumat bir neçə gündür ki, yayılmışdı. Buna səbəb isə 2010, 2011 və 2012-ci illərdə Azərbaycanın “Eurovision” mahnılarını hazırlayan isveçli söz yazarı Sandra Bjurman sosial şəbəkədə Səmrayla birgə fotosunun yayılması olub. Daha sonra foto sosial şəbəkədən silinib. Sandra Bjurman Safura Əlizadənin “Drip drop”, Ell and Nikkinin “Running scared”, Səbinə Babayevanın “When the music dies” mahnılarının söz yazarıdır.

Daha öncə rəsmi təmsilçinin adının martın 14-də açıqlanacağı deyilmişdi.

S.Rəhimli Türkiyənin ən məşhur yarışmlarından olan “O səs Türkiyə“nin iştirakçısı olub. İfaçı Hadisənin komandasında yarışıb. O, həmçinin “Səs Azərbaycan” yarışmasının nominantlarından olub.


Samra Rahimli – Wrecking Ball | Blind Audition | The Voice of Azerbaijan 2015

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın