Teylor Sviftin “The Eras” dünya turu bütün zamanların ən çox gəlir gətirən turu olaraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.
YALAN.info bildirir ki, turun gəliri bir milyard dolları ötərək Elton Conun beş il boyunca dünya üzrə vida konsertləri verdiyi vaxt vurduğu rekordunu (939 milyon dollar) üstələyib.
Teylor Sviftin “The Eras” turu 2023-cü ilin martında başlayıb və 2024-cü ilin dekabrında başa çatacaq.
Onu da bildirək ki, Sviftin konsert turu Beyonsun “Renessans” adlı iki dünya turundan iki dəfə çox gəlir əldə edib.