“Əgər Qarabağdakı Rusiya sülhməramlıları bölgədən çıxarlarsa, o zaman onlar Ermənistana yerləşməməlidirlər”.

YALAN.info bildirir ki, bunu Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

O, qeyd edib ki, Qarabağdan çıxarılan sülhməramlılar Rusiya Federasiyasına qayıtmalıdırlar.

Baş nazir Ermənistanın “3+3” formatında regional əməkdaşlıq platformasının toplantılarında iştirak etməyə hazır olduğunu bildirib: “Əlbəttə, biz hazırıq. Vaxtilə 3+3 formatında növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu”,

“Mənə hər gün sərhəddə atəşkəsin pozulması ilə bağlı məlumat verilir və son 24 saat ərzində cəmi bir güllə atılıb. İndi Ermənistan-Azərbaycan sərhədində heç bir gərginlik və ya qoşun toplaşması yoxdur”, – deyə Paşinyan bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın