Rusiyanın xalq artisti, keçmiş SSRİ-nin və Rusiyanın məşhur aktyoru və müğənnisi Mixail Boyarski Sovet İttifaqının istehsalı olan “Dartanyan və 3 müşketyor” filmində oynadığı Dartanyan personajını “qatil” adlandırıb.

YALAN.info Onlayn İnformasiya və Xəbərlər Saytı bildirir ki, o, bunu “Zanqalis & К” YouTube kanalına müsahibəsində bildirib.

“Dartanyan əsl qatildir. Gününə beş meyit düşür. Bir qadının da başını kəsir. Vəssalam”, – o qeyd edib.

Aktyorun fikirincə, qəhrəmanı mənfi surətdir. M.Boyarski filmin yenidən çəkilişində iştirakına pis baxdığını deyib. O, “Müşketyorlar”a yenidən çəkilməsini dolanışıqla əlaqələndirib:

“Ailəmi dolandırmalı idim. Bir çaya iki dəfə girmək çox çətindir. Fikrimcə, növbəti çəkiliş (oynadığı personajı nəzərdə tutur – red.) əvvəlkindən də pis idi”.

Öncəki xəbərÇingiz Abdullayev: İndi biz yeni dezinformasiya və yalanlara hazır olmalıyıq
Sonrakı xəbərMoldovanın yeni seçilmiş prezidenti Maya Sandu hökuməti istefaya çağırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın