Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu bildirib ki, Moldova hökuməti dərhal istefa verməlidir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Maya Sandu bunun tək çıxış yolu olduğunu deyib.

“Xalq üzərində istehzanı erkən parlament seçkilərinin keçirilməsi ilə dayandıra bilərik. Bunun üçün isə yalnız bir şey lazımdır – hökumətin istefası. Hökumət dərhal istefa verməli və parlamenti buraxma proseduruna başlamalıdır”, – Sandu bildirib.

Xatırladaq ki, keçmiş baş nazir “Hərəkət və həmrəylik” partiyasından prezidentliyə namizəd Maya Sandu 57,75% səslə Moldovanın yeni prezidenti seçilib. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın