Aktrisa və rəssam, Azərbaycanın Əməkdar Artisti Suğra Bağırzadə BMT-nin İctimai Mükafatlar Şurası (UNCOPA) tərəfindən dünya mədəniyyətinə xidmətlərinə görə “Leonardo Da Vinci” medalı ilə təltif olunub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Cəfər Cabbarlı adına “AzərbaycanFilm” kinostudiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lətif Lətifsoy məlumat yayıb.

Qeyd edək ki, “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı olan S.Bağırzadə bundan əvvəl də mədəniyyət və incəsənət sahəsinə verdiyi töhfələrə görə “Tərəqqi” medalı və bir çox beynəlxalq mükafatlarla təltif olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın