Rusiyanın xalq artisti, keçmiş SSRİ-nin və Rusiyanın məşhur aktyoru və müğənnisi Mixail Boyarski Sovet İttifaqının istehsalı olan “Dartanyan və 3 müşketyor” filmində oynadığı Dartanyan personajını “qatil” adlandırıb.

YALAN.info Onlayn İnformasiya və Xəbərlər Saytı bildirir ki, o, bunu “Zanqalis & К” YouTube kanalına müsahibəsində bildirib.

“Dartanyan əsl qatildir. Gününə beş meyit düşür. Bir qadının da başını kəsir. Vəssalam”, – o qeyd edib.

Aktyorun fikirincə, qəhrəmanı mənfi surətdir. M.Boyarski filmin yenidən çəkilişində iştirakına pis baxdığını deyib. O, “Müşketyorlar”a yenidən çəkilməsini dolanışıqla əlaqələndirib:

“Ailəmi dolandırmalı idim. Bir çaya iki dəfə girmək çox çətindir. Fikrimcə, növbəti çəkiliş (oynadığı personajı nəzərdə tutur – red.) əvvəlkindən də pis idi”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın