İndi məhkəməsi keçirilən Vaqif Xaçaturyanla birlikdə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürən, 14 nəfərə xəsarət yetirən, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salan ermənilərin adları məlum olub.

YALAN.info bildirir ki, həmin şəxslər – Xocalı rayonunun Badara kənd sakinləri Sarkisyan Emest Baxşıyeviç, Sarkisyan Armais Baxşıyeviç, Qasparyan Benik Astanovic, Abramyan Xoren Melikoviç, Avanesyan Armen Sarkisoviç, Sarkisyan Vova Armaisovic, Xaçaturyan Qariy Nikolayeviç, Kaçaturyan Nikolay Beglarovic, Abramyan Armen Qaragenoviç, Abramyan Eduard Armenovic, Abramyan Žina Armenovic, Abramyan Vahid Armenoviç, Ohanyan Karen Aşotovic, Ohanyan Naorik Aşotoviç, Qasparyan Qurgen Benikoviç, Gasparyan Valery Benkovic, Davidyan Albert Melikovic, Saakyan Samvel Rafikoviç, Osipyan Asatur Baxşıyeviç, Xaçatryan Karlen Baxşıyeviç, İsraelyan Eduard Beglaroviç, Avakyan Artur Vartanoviç və Sarkisyan Surik Armaisoviçlə, habelə Verdi Allahverdiyan, Vilen Verdiyan, Qrişa Magişoviç, Slavik Ardemoviç, Qavruşa Zaduroviç, Ruben və Andronik adlı və şəxsiyyətləri istintaqa məlum olmayan Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş digər millətçi ermənilərdən yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin fəaliyyətində iştirak ediblər.

Həmin cinayət əməllərinin törədilməsi məqsədi ilə Vaqif Xaçatryan qanunsuz silahlı hərbi birləşmələrin adları qeyd olunan üzvləri ilə birlikdə Azərbaycan və erməni millətləri arasında milli nifrət və düşmənçiliyin salınmasında, azərbaycanlıların milli ləyaqətinin alçaldılmasında, milli mənsubiyyətlərinə görə hüquqlarının məhdudlaşdırılmasında və ermənilərin üstün olmalarına yönələn hərəkətlər edilməsində aşkar surətdə fəal iştirak edərək, 1988-ci ilin yay aylarında etibarən Xocalı (keçmiş Əsgəran) rayonunun Meşəli kəndindən Ağdam, Xocalı, Xankəndi şəhərlərinə gedən azərbaycanlılara yollarda sistematik hücumlar təşkil edərək onları döyməyə, nalayiq sözlərlə təhqir etməyə, öldürməklə hədələməyə, əmlaklarını məhv etməyə və onların fiziki məhvinə yönəlmiş digər addımlar atmağa başlayıblar.

Vaqif Xaçatryanın Meşəlidə qətlə yetirdiyi sakinlərin adları açıqlanıb

Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı zamanı erməni terrorçu Vaqif Xaçatryanın qətlə yetirdiyi yaşlı sakinlərin adları açıqlanıb. “Report”un məlumatına görə, bununla bağlı Vaqif Xaçatryanın ittiham aktında qeyd olunub.

Aktda göstərilib ki, 23 dekabr 1991-ci il tarixdə səhər saat 06 radələrində Vaqif Xaçatryan qanunsuz silahlı hərbi birləşmələrin üzvləri ilə birlikdə Xankəndi şəhərində dislokasiya olunmuş Rusiya Federasiyası Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının şəxsi heyəti və ağır texnikasının dəstəyi ilə Meşəli kəndinə basqın edərək evləri və küçələri dağıdıb.

Onlar kənd sakinləri – 1936-cı il təvəllüdlü Quliyev Qədimi, 1936-cı il təvəllüdlü Quliyeva Ruba Hacı qızını, 1903-cü il təvəllüdlü Quliyev Mətləb Qənimət oğlunu, 1932-ci il təvəllüdlü Novruzov Novruz Məhərrəm oğlunu, 1932-ci il təvəllüdlü Novruzova Adilə Məhəmməd qızını, 1977-ci il təvəllüdlü Novruzova Rahilə Novruz qızını, 1979-cu il təvəllüdlü Novruzova Rübabə Novruz qızını, 1926-cı il təvəllüdlü Sadiqov Əvəz Alış oğlunu, 1932-ci il təvəllüdlü Sadıqova Qönçə Məmmədbağır qızını, 1927-ci il təvəllüdlü Nurməmmədov Hüseyn Rza oğlunu, 1936-cı il təvəllüdlü Nurməmmədova Pakizə İslam qızını, 1969-cu il təvəllüdlü İbadullayev Nadir Nəbi oğlunu, 1974-cü il təvəllüdlü Allahverdiyev Vidadi Müsül oğlunu, 1938-ci il təvəllüdlü Kazımov Xəlil Mahmud oğlunu, 1963-cü il təvəllüdlü Mehralıyev Əli Mürsəl oğlunu, 1942-ci il təvəllüdlü Hümbətov Bəhlul Müseyib oğlunu, 1929-cu il təvəllüdlü Qasımov Ənvər Bahadur oğlunu, 1915-ci il təvəllüdlü Xudayarova Surayya Alış qızını, xidməti vəzifələrini yerinə yetirən Xocalı Rayon Polis Şöbəsinin Meşəli Polis Bölməsinin polis serjantları – 1969-cu il təvəllüdlü Quliyev İsmayıl Qənimət oğlunu, 1971-ci təvəllüdlü Novruzov Zakir Novruz oğlunu qətlə yetiriblər.

Vaqif Xaçatryanın Meşəli sakinlərinə köməyə gəldikləri üçün öldürdüyü polis və hərbçilərin adları bilindi

Xocalı rayonunun Meşəli kəndində dinc sakinlərin mühasirədən çıxarılması üçün köməyə gəldikləri üçün qətlə yetirilən Azərbaycanın polis və hərbi qulluqçularının adları açıqlanıb.

“Report”un məlumatına görə, 1991-ci il dekabrın 23-də mühasirədə qalan dinc sakinlərə yardım etməyə gedən, Meşəli polis bölməsinə Ağdam Rayon Polis (keçmiş milis) Şöbəsindən ezam olunmuş, həmin şöbənin kiçik serjantları – 19 avqust 1970-ci il təvəllüdlü Rüstəmov Hidayat Eldar oğlu, 6 iyun 1969-cu il təvəllüdlü Ağayev Faiq Alış oğlu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçmiş 18110 saylı hərbi hissəsinin hərbi qulluqçuları – 13 oktyabr 1964-cü il təvəllüdlü leytenant Eyyubov Kamil Baba oğlu, 9 iyul 1961-ci il təvəllüdlü əsgər Qonaqov Musal Mirzağa oğlu və könüllü özünümüdafiə dəstəsinin döyüşçüsü, 28 iyun 1961-ci il təvəllüdlü Əzimov Tahir Eyyub oğlu bu gün növbəti məhkəməsi keçirilən Vaqif Xaçatryan və erməni hərbi birləşməsinin digər üzvləri tərəfindən qətlə yetiriliblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın