“Mançester Yunayted” Portuqaliyalı hucumçu Kriştiano Ronaldonun (Cristiano Ronaldo) transferini açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Mançester Yunayted” Kriştiano Ronaldonun transferini “Twitter” paylaşımı ilə açıqlayıb. Yayımlandığı ilk saatdaca paylaşımı bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib.

Futbolçu 2003-2009-cu illərdə çıxış etdiyi klubuna qayıdıb. Yada salaq ki, o, zaman Ronaldo “qırmızı şeytanlar”dan ayrılaraq Madrid “Real”ına keçmişdi. Daha sonra karyerasını Turinin “Yuventus” klubunda davam etdirirdi.

“Yuventus”dan “Mançester Yunayted”ə keçidi doğrulanan Kriştiano Ronaldo vida məktubunu paylaşıb.

“Bu gün mən İtaliyada ən böyük və Avropada ən önəmlilərdən olan çox gözəl bir klubdan gedirəm. Mən “Yuventus” üçün ürəyimi və ruhumu vermişəm, ömrümün sonunadək Turini sevəcəyəm”, – deyə ulduz futbolçu “Instagram” səhifəsində yazıb. O, özünü “Yuve” tarixinin bir parçası kimi duyduğunu vurğulayıb.  

Öncəki xəbərMahir Emreli dubl etdi: Öz-özümə dedim ki, bu oyunda qol vuracağam
Sonrakı xəbərErməni vəhşiliyi ilə bağlı dəhşətli faktlar: 3890 azərbaycanlı hələ də itkin sayılır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın