Bizi son dəqiqədə “öldürdülər”.

YALAN.info bildirir ki, Portuqaliyanın “Braqa” komandasının futbolçusu Alvaro Djalo UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Qarabağ”la keçirdikləri cavab oyununu şərh edərkən deyib.

“Rəqib azlıqda qaldıqdan sonra biz üstün olduq və ən çətin şeyi bacardıq – oyunu əlavə vaxta apardıq. Ancaq son dəqiqələrdə qol vuraraq bizi “öldürdülər”, axırıncı dəqiqədə… Qolu vuranda düşündüm ki, durumu dəyişə bilərik. İlk qolu buraxanda belə bunu edə biləcəyimizi göstərdik. Sonra penaltidən qol vurduq.

Komandaya inanırdım, ancaq son dəqiqələrdə qol vuruldu. Futbolda belə olur. Çalışmaq və nəticə görməmək üzücüdür. Biz çalışmalı və meydanda ən yaxşı özəlliyimizi göstərməliyik. Mən öz töhfəmi verməyə və əlimdən gələni etməyə çalışdım. Ancaq bu məğlubiyyətə görə məyusam”, – deyə Djalo deyib.

Yada salaq ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyib. Səfərdə rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunda artırılmış vaxtda məğlub (2:3) olsa da, ümumi hesabda (6:5) üstün olaraq 1/8 finala yüksəlib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın