Ukrayna Prezidenti Volodimir Zelenski Münhendə Almaniya kansleri Olaf Şoltsla görüşüb və iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Prezidentinin ofisindən məlumat verilib.

Onlar Almaniyanın Ukraynaya dəstəyini, həmçinin Kiyevin Avropa Birliyinə və NATO-ya üzvlüyünü müzakirə ediblər.

Onu da bildirək ki, V.Zelenski Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdədir. Onun başqa hökumət və dövlət başçıları ilə də görüşü gözlənilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın