İran ən yaxşı təcrübələri bölüşməyə və 2020-ci il müharibəsi zamanı əlil olmuş Ermənistan vətəndaşlarına reabilitasiya xidmətləri göstərməyə hazırdır.

YALAN.info bildirir ki, İranın əmək və sosial rifah naziri Seyid Sultan Mortazavi bununla bağlı İrəvanda ermənistanlı həmkarı Narek Mkrtçyanla görüşündə deyib.

İranlı nazirin sözlərinə görə, iki ölkə arasında özəlliklə son illərdə sıx və səmərəli əməkdaşlıq inkişaf edib. İranlı nazir qonşu dövlətlərlə, əsasən də Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsini Tehranın siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirib. “Biz iki ölkə arasında sosial müdafiə sahəsində səylərin əlaqələndirilməsinə böyük əhəmiyyət veririk. Biz Qafqazda sülh və sabitliyin olması üçün ölkəmizin potensialını və imkanlarını sərmayə qoymağa hazırıq”, – deyə Mortazavi bildirib.

İran tərəfinin birgə peşə məktəblərin yaradılması ilə bağlı təklifi müzakirə olunub. Bundan əlavə, nazirlər Sünik vilayətində müstəqil Ermənistan-İran mərkəzinin yaradılması imkanlarını müzakirə ediblər. İranlı nazirin sözlərinə görə, iki ölkə arasında xüsusilə son illərdə sıx və səmərəli əməkdaşlıq inkişaf edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın