Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli çıxış etdiyi Polşanın “Legiya” klubu Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ilk qarşılaşmada Çexiyada “Slaviya” ilə 2:2 hesablı heç-heçəya anlaşan “Legiya” cavab oyununda M.Emrelinin dublu ilə 2:1 qələbə qazanıb. O, 59 və 70-ci dəqiqələrdə rəqib qapıçını məyus edib.

https://www.youtube.com/watch?v=BzY2nhVAYs4
Legia Warszawa vs Slavia Praga (2:1) Skrót Meczu

Varşava klubunun TV əməkdaşı Mahirə avrokuboklarda beşinci qolunu vurduğunu bu formada yada salıb: “Leqiya”ya gələndə çoxları sizin az qol vuracağını deyirdi. Ancaq siz artıq avrokuboklarda qollar vurmaqla onları səhv çıxarırsınız”. Futbolçumuzun cavabı belə olub:

“Nə deyim, insanlar istədiklərini deyə bilər. Polşa çempionatında qol vuracağımı söyləmişdim, ancaq avrokuboklarda yox. Mənim üçün ən önəmlisi UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağımızdır. Qolları kim vurmasının önəmi yoxdur. Bu doğurdan da belədir. Əsas diqqətim komanda üçün çalışmaq idi. Bu hamımızın uğurudur”.

Hesabda geri düşdüyümüz üçün fasilədə bizə çətin idi. Öncə sakitləşməyə çalışırdım. Dedik ki, qol vurmağa cəmi 45 dəqiqə vaxtımız var. İkinci yarı başlamazdan qabaq öz-özümə dedim: bu oyunda qol vuracağam. Niyə bilmirəm, ancaq hiss etdim, özümə güvənməyə qərar verdim və bu alındı.

İlk qoldan sonra öz-özümə düşündüm ki, indi dayanmamalıyıq. Rəqibə təzyiq etməliydik. Bütün komanda bunun üçün inanılmaz dərəcədə çalışdı və ikinci qolu vurmağı bacardıq. Meydandan çıxanda ​​başım qarışdı. Bizə təzyiq etdilər və bunu meydançanın kənarından görmək daha çətindir”, – deyə Mahir vurğulayıb.

Qeyd edək ki, bu görüşdə Mahir Emreli 80 dəqiqə oynayıb. O, yerini 20 yaşlı albaniyalı hücumçu Ernest Muçiyə verib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın