Parisdə “France Football” dərgisinin təsis etdiyi “Qızıl top” mükafatının 65-ci təqdimetmə mərasimi keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dünya futbolunda ən nüfuzlu fərdi mükafatın builki sahibi Argentina millisi və PSJ-nin hücumçusu Lionel Messi olub.

Yeddinci dəfə “Qızıl top”a yiyələnən futbolçu mükafatlandırma mərasimində fərdi mükafatlara böyük önəm vermədiyini deyib. O, yarışda ikinci olan “Bavariya”nın polşalı hücumçusu Robert Levandovskinin də bu titula layiq olduğunu vurğulayıb: “Levandovski ilə mübarizə aparmaqdan qürur duyuram. Robert, sən “Qızıl top”a layiqsən. Yəqin hamı mənimlə razılaşar”.

“Çelsi”nin italiyalı yarımmüdafiəçisi Jorjinyo 3-cü yeri tutub. Bu “üçlük”lə yanaşı, əsas namizədlər sırasında olan “Real”ın fransalı forvardı Kərim Benzema 4-cü yeri tutub.

Başqa namizədlər isə aşağıdakı kimi sıralanıb: 5. Nqolo Kante (Fransa / “Çelsi”), 6. Kriştiano Ronaldo (Portuqaliya / “Mançester Yunayted”), 7. Məhəmməd Salah (Misir / “Liverpul”), 8. Kevin de Bruyne (Belçika / “Mançester Siti”), 9. Kilian Mbappe (Fransa / PSJ), 10. Canluici Donnarumma (İtaliya / “Milan”-PSJ), 11. Erlinq Haland (Norveç / “Borussiya” Dortmund), 12. Romelu Lukaku (Belçika / “Çelsi”), 13. Corcio Kyellini (İtaliya / “Yuventus”), 14. Leonardo Bonuççi (İtaliya / “Yuventus”), 15. Rahim Sterlinq (İngiltərə / “Mançester Siti”), 16. Neymar (Braziliya / PSJ), 17. Luis Suares (Uruqvay / “Atletiko”), 18. Simon Kyaer (Danimarka / “Milan”), 19. Meyson Maunt (İngiltərə / “Çelsi”), 20. Riyad Mahrez (Əlcəzair / “Mançester Siti”), 21. Lautaro Martines (Argentina / “İnter”), Bruno Fernandeş (Portuqaliya / “Mançester Yunayted”), 23. Harri Keyn (İngiltərə / “Tottenhem”), 24. Pedri (İspaniya / “Barselona”), 25. Fil Foden (İngiltərə / “Mançester Siti”), 26. Nikolo Barella (İtaliya / “İnter”), Ruben Diaş (Portuqaliya / “Mançester Siti”), Jerar Moreno (İspaniya / “Vilyarreal”), 29. Sezar Aspilikueta (İspaniya / “Çelsi”), Luka Modriç (Xorvatiya / “Real”).

İlin ən yaxşı qapıçı kimi Lev Yaşın mükafatını PSJ-nin və İtaliya millisinin qolkiperi Canluici Donnarumma qazanıb. İngiltərənin “Çelsi” kollektivi isə ilin ən yaxşı klubu adına layiq görülüb. Barselona FK-nın yarımmüdafiəçisi Pedri 21 yaşa qədər ən yaxşı oyunçu seçilərək Kopa kubokunu qazandı. 2021-ci il qadınlar arasında “Qızıl top”u isə yenə İspaniyanın “Barsa” komandasının üzvü – Aleksia Putellas qazanıb.

Qeyd edək ki, “Qızıl top” mükafatı 1956-cı ildə təsis edilib və hər il dünya futbolunun ən yaxşılarına təqdim olunub. Yalnız 2020-ci ildə keçiriləcək mərasim koronavirus pandemiyası səbəbindən ləğv edilib.

Ballon d’Or : Lionel Messi remporte son 7e Ballon d’Or • FRANCE 24

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın