Prezident Volodimir Zelenski Ukraynada Rusiya Federasiyasına və onun vətəndaşlarına məxsus əmlakın heç bir kompensasiya ödənilmədən müsadirəsini nəzərdə tutan qanun layihəsini imzalayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna Ali Radasının mətbuat xidməti məlumat yayıb.

Sənəddə qeyd olunur ki, bu qanun Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamış bir dövlət kimi Rusiya Federasiyasına məxsus mülkiyyətin sosial, o cümlədən hərbi zərurətdən irəli gələrək müsadirəsinin hüquqi əsaslarını müəyyən edəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın