Mən milliyə yerli məşqçi götürərdim. Qurban Qurbanov gəlməz, mən də olsam, gəlməzdim.

YALAN.info bildirir ki, bunu “İdman Bizdə” verilişinin qonağı olan PFL-in keçmiş prezidenti Ramin Musayev deyib.

O, baş məşqçisiz qalan Azərbaycan milli komandasının “sükanı arxası”nda görmək istədiyi mütəxəssislərin adlarını açıqlayıb:

“Boş olan məşqçilərimiz, cavan kadrlarımız, Rəşadımız, Ayxanımız, Samirimiz, Tərlanımız var. Xarici vətəndaşlardan Kaxaber Sxadadzenin adını çəkərdim. Çünki bizim çempionatı, futbolçuları tanıyan adam olmalıdır ki, kimi çağıracağını bilsin. Yoxsa köməkçiyə həvalə eləsin, getsin: elə köməkçini baş məşqçi qoyaram da. Yalandan o qədər pulu niyə ona verirəm?”

Musayev bildirib ki, indi yığmaya namizəd futbolçuların sayı da artıb: “Ancaq bu gün üçün baş məşqçi işi öncəki 5 ildən daha yaxşıdır. Qurbanovun vaxtında elə də yaxşı futbolçular yox idi. Ancaq bu gün var. Yaxşı məşqçi, yaxşı psixoloq lazımdır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın