İsrail Müdafiə Ordusu Qəzza zolağının şimalında Cəbaliya qaçqın düşərgəsində keçirdiyi əməliyyat zamanı radikal Fələstinin HƏMAS hərəkatının 100-dən çox silahlısını məhv edib.

YALAN.info bildirir ki, bununla bağlı İsrail silahlı qüvvələrinin rəsmi nümayəndəsi Piter Lerner məlumat verib.

“HƏMAS-ın Cəbaliya düşərgəsindəki yeraltı infrastrukturu İsrail Ordusunun əməliyyatı zamanı aşkarlanıb və məhv edilib”, – deyə o bildirib. “Əməliyyat zamanı şiddətli döyüşlər olub və 100-dən çox terrorçu məhv edilib. Bundan başqa, yüzlərlə silah aşkar edilib və ələ keçirilib”, – deyə Lerner əlavə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın