Cümə günü səhər HƏMAS humanitar fasiləni pozandan bəri İsrail Müdafiə Ordusu (SAXAL) Fələstin anklavında 200 radikal hərbi obyektə zərbələr endirib.

YALAN.info bildirir ki, bununla bağlı SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.

“HƏMAS humanitar pauzanın şərtlərini pozduqdan sonra Qəzza zolağında hərbi əməliyyatlar bərpa olunub; 07:00-dan (Bakı vaxtı ilə 10:00 – Red.) SAXAL Qəzza zolağında terrorçuların 200-dən çox hədəfini vurub. HƏMAS əməliyyat fasiləsini pozduqdan sonra son bir neçə saat ərzində SAXAL quru, hava və dəniz qüvvələri Qəzza zolağının şimalında və cənubunda, Xan Yunis və Rəfah da daxil olmaqla terrorçuların hədəflərinə zərbələr endirib”, – deyə məlumatda bildirilir.

Həmçinin Mətbuat Xidməti əlavə edib ki, SAXAL minalanmış ərazilərə, terrorçuların tunellərinin şaxtalarına, raket buraxılış məntəqələrinə və HƏMAS-ın yeni döyüşlərdə istifadə üçün hazırladığı əməliyyat komandanlıq mərkəzlərinə zərbələr endirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın