35 yaşlı Qabriel Boriç (Gabriel Boric) Çili Respublikasının ən gənc prezidenti olacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, solçu qüvvələrin namizədi Qabriel Boriç prezident seçkilərinin ikinci turunda seçicilərin 55,87 faizinin səsini toplayıb.

Boriçin qələbəsi bir sıra cəhətlərə görə əlamətdardır. Belə ki, ötən bazar günü onun namizədliyinə 8,3 milyon nəfər, ya da seçicilərin 55 faizi səs verib. 2012-ci ildə ölkədə könüllü səsvermə tətbiq ediləndən sonra bu, ən yüksək göstəricidir. Bu həm də noyabrın 21-də keçirilmiş birinci turda Boriçin topladığı səslərdən 8 bənd çoxdur.

Bundan başqa, Boriç yeganə namizəddir ki, birinci turda ikinci yeri tutandan sonra səsvermədə qalib gəlib. Boriç Prezident kimi gələn il martın 11-də and içəcək. O vaxt onun 36 yaşı tamam olacaq və Çili tarixinin ən gənc dövlət başçısı olacaq.

Qabriel Boriç seçkilərdə qalib gələndən sonra ölkədə dərin struktur dəyişiklikləri keçiriləcəyini, Çili iqtisadiyyatının inkişaf edəcəyini və yoxsulluq səviyyəsinin əsaslı şəkildə azalacağını söz verib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın