Moldova BMT vasitəsilə Rusiya Ordusunun Dnestryanıdan çıxarılmasını tələb edir.

YALAN.info bildirir ki, bunu Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa deyib.

“Moldova BMT platformasından regionda tanınmamış rejimin nəzarətində olan ərazidə insan hüquqlarının pozulmasına diqqət çəkmək üçün istifadə edir. BMT qətnamələrində bu mövzuların olması ondan xəbər verir ki, Dnestryanı münaqişəni dünya ictimaiyyəti gündəmdə saxlayır”, – Qavrilitsa deyib.

Onun sözlərinə görə, Kişinyov münaqişənin sülh yolu ilə həllini tapmaq istəyir ki, bu da ölkəni bütün vətəndaşların rifahı naminə inkişaf etdirməyə imkan verəcək.

Bildirək ki, 2018-ci ilin iyununda BMT Baş Assambleyası Rusiyanı qoşunlarını Dnestryanı bölgədən çıxarmağa çağırıb. Qətnaməni 64 dövlət dəstəkləyib, 14-ü əleyhinə çıxıb, daha 83 ölkə bitərəf qalıb. Bundan əvvəl Moldova Prezidenti Maya Sandu dəfələrlə Dnestryanıdakı silah-sursat anbarlarını qoruyan Rusiya hərbçilərinin geri çəkilməsinə çağırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın