Xəbər verdiyimiz kimi, may ayının 6-dan 21-dək Bakının 4 stadionu Futbol üzrə U17 Avropa Çempionatı 2016-ya ev sahibliyi edəcək. Bu gün Bakı Olimpiya Stadionunda yarışmanın püşkatma mərasimi keçirilib.

Bu gün Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın püşkatma mərasimi keçirilib. Tədbirdə AFFA-nın rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təkilat Komitəsinin üzvləri, çempionatın rəsmi siması elan olunmuş Röya Ayxan, onun sənət yoldaşı Miri Yusif və başqa rəsmi şəxslər iştirak ediblər.

Azərbaycan komandası növbəti mərhələyə keçmək üçün A qrupunda Portuqaliya, Belçika və Şotlandiya milliləri ilə mübarizə aparacaq.

Röya Ayxan və Miri Yusif – Biz Qalib Olmalıyıq!

AFFA-nın rəsmi internet səhifəsində bildirildiyinə görə, 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının rəsmi himni “Biz Qalib Olmalıyıq!” mahnısı olacaq. Musiqisi İsmayıl Əsədov və Ramin Vəlibəyova, sözləri isə İsmayıl Əsədova məxsus olan himni respublikanın əməkdar artisti Röya Ayxan və populyar ifaçı Miri Yusif səsləndiriblər. Layihənin icraçısı “Peachline” şirkətidir.


Röya-Miri Yusif – Biz Qalib Olmalıyıq!
UEFA U-17 Avropa Çempionatı Azərbaycan 2016-nın rəsmi Himni

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın